​Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

​Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib Kollegiyanın üzvlüyünə yeni şəxsin adı daxil olub
Daxili siyasət
29 Oktyabr , 2015 10:17
​Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

"Report"un məlumatına görə, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarla İbrahimov Sarvan Hüseyn oğlunun adı nazirliyin kollegiya üzvlərinin siyahısından çıxarılıb, əvəzində, Qədimova Natəvan Tofiq qızının adı daxil edilib.

Xatırladaq ki, Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilib.

Son xəbərlər

Orphus sistemi