Mədəniyyət nazirinin müavini: "Ermənilər şəhərsalma adı altında İrəvanın mərkəzinin tarixi kökünü məhv ediblər"

Mədəniyyət nazirinin müavini: "Ermənilər şəhərsalma adı altında İrəvanın mərkəzinin tarixi kökünü məhv ediblər" “Ermənistan Təpəbaşı məhəlləsinin son qalıqlarının dağıdılması ilə əlaqədar beynəlxalq ictimai rəyi neytrallaşdırmağa çalışır”.
Daxili siyasət
12 İyun , 2023 11:45
Mədəniyyət nazirinin müavini: Ermənilər şəhərsalma adı altında İrəvanın mərkəzinin tarixi kökünü məhv ediblər

“Ermənistan Təpəbaşı məhəlləsinin son qalıqlarının dağıdılması ilə əlaqədar beynəlxalq ictimai rəyi neytrallaşdırmağa çalışır”.

“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Nazir müavini vurğulayıb ki, ermənilər şəhərsalma adı altında İrəvan şəhərinin mərkəzinin tarixi kökünü məhv ediblər: “Məhz bu kimi səbəblərdən ermənilər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Qafqazın ən böyük məscidi olan Göy Məscidin fars məscidi kimi təqdim edilməsi də ermənilərin tarixi saxtalaşdırmasına bariz nümunədir. Bu baxımdan, məscid məsələsinin UNESCO çərçivəsində qaldırılması, UNESCO tərəfindən məscidin qorunmasını təklif etməliyik”.

Son xəbərlər

Orphus sistemi