Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçilər səsvermə zamanı heç bir pozuntu halı qeydə almayıblar.
Bu barədə "Report"a açıqlamasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidəçi, Belarus parlamentinin üzvü Dmitri Juk bildirib.
“Bu, bu gün ziyarət etdiyimiz beşinci məntəqədir. Deyə bilərəm ki, seçki kampaniyası çox mütəşəkkil şəkildə keçirilir, seçki məntəqələri lazım olan hər şeylə təchiz olunub. Bundan əlavə, bütün məntəqələrdə müşahidəçilər iştirak edirlər. Vətəndaşların gəlib namizədlərini seçmələri üçün hər cür şərait yaradılıb. Aydındır ki, bunun arxasında Mərkəzi Seçki Komissiyasının böyük təşkilati işləri dayanır”, - o vurğulayıb.
Onun sözlərinə görə, indiyə qədər, prinsipcə, heç bir pozuntu halı aşkar edilməyib.