MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir

MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir Müstəqil Dövlətlər Birliyindən (MDB) olan missiyanın müşahidəçiləri Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermənin gedişindən razıdırlar.
Daxili siyasət
1 Sentyabr , 2024 13:25
MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir

Müstəqil Dövlətlər Birliyindən (MDB) olan missiyanın müşahidəçiləri Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermənin gedişindən razıdırlar.

Bunu “Report”un Şuşaya ezam edilmiş əməkdaşına açıqlamasında missiyanın nümayəndəsi Lidiya Smirnova bildirib.

O qeyd edib ki, Şuşadakı 124 saylı seçki dairəsinin 47 saylı məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunur: “İlk dəfədir ki, Azərbaycanda müşahidəçi missiyasının tərkibindəyəm. Bu məntəqədə atmosfer çox mehribandır. Biz çoxlu sayda seçici gördük, sizin seçki sisteminizin, səsvermə prosedurunun xüsusiyyətləri ilə tanış olduq. Deyə bilərəm ki, vətəndaşların bütün seçki hüquqları qanunun tələblərinə uyğun olaraq tam şəkildə həyata keçirilir”.

MDB-dən olan missiyasının müşahidəçisi Məryəm Fayzulina da öz növbəsində bildirib ki, müşahidə olunan məntəqədə səsvermə müəyyən olunmuş qaydada keçirilir: “Mən MDB-dən müşahidəçiyəm. Səsvermə müəyyən olunmuş qaydada keçirilir. Məntəqədə vətəndaşların səs verməsi üçün hər cür şərait yaradılıb”.

Son xəbərlər

Orphus sistemi