MDB-dən olan müşahidəçi: "Gördüklərimdən məmnun qaldım"

MDB-dən olan müşahidəçi: "Gördüklərimdən məmnun qaldım" MDB-dən olan müşahidəçi Yelbay Abulov seçki məntəqəsində gördüklərindən məmnun qaldıyını bildirib.
Daxili siyasət
7 Fevral , 2024 10:02
MDB-dən olan müşahidəçi: Gördüklərimdən məmnun qaldım

MDB-dən olan müşahidəçi Yelbay Abulov seçki məntəqəsində gördüklərindən məmnun qaldığını bildirib.

Bu barədə o, 62 saylı Kürdəmir seçki dairəsinin 1 saylı seçki məntəqəsində "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında deyib.

Müşahidəçi qeyd edib ki, bundan əvvəl 3 məntəqədə olub və hər şeyin qaydasında olduğunu müşahidə edib: "Gördüklərimdən məmnun qaldım. Seçkilər şəffaf keçirilir və hər hansı bir neqativ hal müşahidə etməmişik. Hazırda müşahidələrimiz davam edir".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi