Manqa komandiri Talıb Alımərdanov: "Raket düşmən helikopterini alışdıranda döyüşçülərimizin sevincdən uçmağa qanadı yox idi"

Manqa komandiri Talıb Alımərdanov: "Raket düşmən helikopterini alışdıranda döyüşçülərimizin sevincdən uçmağa qanadı yox idi" "Zenitçilərimiz bu harınlığı düşmənə bağışlamadı"
Daxili siyasət
19 Noyabr , 2014 17:57
Manqa komandiri Talıb Alımərdanov: Raket düşmən helikopterini alışdıranda döyüşçülərimizin sevincdən uçmağa qanadı yox idi

Bakı. 19 noyabr. REPORT.AZ/ "Hələ helikopterlər yaxınlaşanda biz artıq tam heyətlə səngərdə yerimizi tutmuşduq. Hər ikisi hərbi səhra formasında rənglənmiş helikopterlər idi. Doğrusu, gözləmirdik ki, düşmən helikopteri bu qədər bizə yaxınlaşalar. Ona görə də əlimizdəki silahlardan onlara cavab atəşi açdıq. Bu zaman fısıltı ilə uçan raket arxadakı helikopterə çırpıldı və o alışaraq səngərlərimizin qarşısına düşdü".

"Report"un məlumatına görə, bunu ön xətdə döyüş növbəsi aparan manqa komandiri Talıb Alımərdanov "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində deyib. 

"O biri helikopter isə dərhal geri qayıtdı və alçaqdan uçaraq gözdən itdi. Raket düşmən helikopterini alışdıranda döyüşçülərimizin sevincdən uçmağa qanadı yox idi. Zenitçilərimiz bu harınlığı düşmənə bağışlamadı. Daha doğrusu, bu, ermənilərin düşünülmüş uğursuz təxribatı idi" - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi