Maliyyə hesabatını MSK-ya təqdim edən siyasi partiyaların sayı açıqlanıb

Maliyyə hesabatını MSK-ya təqdim edən siyasi partiyaların sayı açıqlanıb "Hesabatını MSK-ya təqdim etməyən partiyalarla bağlı qanunla müəyyən edilmiş tədbirlər görüləcək"
Daxili siyasət
7 Aprel , 2015 16:35
Maliyyə hesabatını MSK-ya təqdim edən siyasi partiyaların sayı açıqlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 12 fevral tarixli iclas protokolu təsdiqlənib.

İclasda MSK Katibliyinin strukturuna dair məsələyə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov çıxışında xatırladıb ki, siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər, buna görə də siyasi partiyalarla MSK arasında münasibətlər tənzimlənməlidir. Bu məqsədlə MSK Katibliyi tərkibində bu münasibətləri tənzimləyəcək yeni struktur bölməsi yaradılmalıdır.

N.Məmmədovun təklifi səsə qoyularaq qəbul edilib.

MSK katibi Arifə Muxtarova məlumat verib ki, Azərbaycanda qeydiyyatdan keçən 55 siyasi partiyadan 22-si maliyyə hesabatını MSK-ya təqdim edib. O bildirib ki, maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalarla bağlı qanunla müəyyən edilmiş tədbirlər görüləcək.

MSK katibi Mikayıl Rəhimov isə deyib ki, Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərən qurumlar elə hesabatlarını təqdim edənlərdir: “Qalan partiyaların isə fəaliyyətləri yoxdur, hüquqi prosedurlara əməl etmirlər”.

MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, partiyalar maliyyə əməliyyatlarının aparılıb-aparılmamasından asılı olmayaraq maliyyə hesabatlarını təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi