Bakı şəhərində 5, Bilgəh qəsəbəsində isə 1 seçki məntəqəsində müşahidə apardıq. Seçkilərin şəffaf keçdiyini müşahidə etdik.
"Report"un məlumatına görə, bunu Malayziya senatının sədr müavini Nur Cazlan Muhamed Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, heç kimin səsvermə hüququna müdaxilə edilmədi: "Seçici aktivliyi yüksək səviyyədə idi. Seçkilər beynəlxalq standartlara uyğun keçirildi. İnanırıq ki, seçkilərdən sonra Azərbaycan və Malayziya arasında dostluq və əməkdaşlıq güclənəcək".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.