Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib – YENİLƏNİB

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib – YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.
Daxili siyasət
22 May , 2024 15:31
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib – YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovla Lerik rayonunun Laman kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi Laman kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:53

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Laman kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1967-ci il iyunun 1-də anadan olub. O, 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.

Z.Abbasov Laman kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi