Lənkəran. 26 sentyabr. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov referendumda səs verib.
"Report"un Cənub bürosu xəbər verir ki, T.Qaraşov Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə keçirilən ümumxalq səsverməsində seçici hüququndan istifadə edərək 73 saylı Lənkəran şəhər DSK-nın 17 saylı məntəqəsinə gəlib. Bülleten götürərək kabinəyə keçən icra hakimiyyətinin başçısı Konstitusiyaya təklif edilən dəyişikliklə bağlı 29 hissə üzrə öz fikrini ifadə edib. Sonra bülleteni seçki qutusuna atıb.
1 309 nəfər seçicisi olan 17 saylı məntəqədə günün ikinci yarısında da seçicilərin iştirak səviyyəsi yüksək olub.
Məntəqə sədri Nurəli Məmmədov saat 15:00-a olan məlumata görə, səsvermədə 769 seçicinin iştirak etdiyini bildirib.