Yuxarı
    Bağlamaq

    Lənkəranda süni qiymət artımının qarşısının alınması məqsədi ilə İctimai Nəzarət sistemi yaradılıb

    Taleh Qaraşov Gərmətük qəsəbəsinin və Velədi kəndinin sakinləri ilə görüşüb

    Bakı. 19 yanvar. REPORT.AZ/ "Lənkəranda süni qiymət artımının qarşısının alınması məqsədi ilə İctimai Nəzarət sistemi yaradılıb və yerlərlə müntəzəm əlaqə saxlanılr". "Report" xəbər verir ki, bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Gərmətük qəsəbəsinin və Velədi kəndinin sakinləri ilə səyyar görüşündə deyib.

    Görüşdə icra hakimiyyətinin Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik şəkildə inkişafı təmin olunub, 2015-ci ildə də bu inkişaf davam edib. O, qeyd edib ki, Gərmətük qəsəbəsi də bu inkişafdan bəhrələnib, ərazidə yeni sosial obyektlər, iş yerləri açılıb, abadlıq-quruculuq işləri görülüb.
    A.Abdullayev qiymətlərin dəyişilməsini bəhanə edərək bəzi şəxslərin sabitliyi pozmağa cəhd etmələrini də kəskin tənqid edib və Gərmətük qəsəbə sakinlərinin bu cür hərəkətləri qətiyyətlə pislədiklərini bildirib.

    Daha sonra Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Gərmətük qəsəbə sakini Baloğlan İbadov, Velədi kənd uşaq bağçasının müdiri Tünzalə Xosrovova, ziyalı qadın Alimə Xəlilbəyli, Velədi kənd ağsaqqalı Seyfulla Əsədov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasəti bəyəndiklərini, xalqın həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən, gündən-günə möhkəmlənən siyasi-sabitlikdən, əminamanlıqdan razı qaldıqlarını ifadə edib və bu sabitliyin pozulmasına heç vaxtı imkan verməyəcəklərini bildiriblər. Çıxış edən sakinlər Gərmətük qəsəbəsində və Velədi kəndində yeni məhəllələrdə yolların, suaxar kanalların əsaslı təmiri və yeni elektrik transformatorlarının qoyulmasını təklif ediblər.

    İcra başçısı Taleh Qaraşov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq göstəriş və tapşırıqlarını verib. T.Qaraşov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı sürətlə davam edir: "Ötən ilin yekunları bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış və İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun alternativi yoxdur və ola da bilməz. Məhz bu inkişaf kursu hesabına qısa müddətdə Azərbaycanda əldə olunan iqtisadi potensial bütün çətinliklərə baxmayaraq dövlətimizin iqtisadi təhlükəsizliyini və xalqın firəvan həyat şəraitini təmin edir. Bəzi populist insanların avanturist çıxışları heç vaxtı Azərbaycan xalqını çaşdıra bilməz. Çünki xalq ölkə başçısının həyata keçirdiyi siyasi kursu tamamilə dəstəkləyir və bu siyasi kursun qələbəsinə inanır".
    T.Qaraşov qeyd edib ki, dünyada davam edən iqtisadi böhranın təsirlərinə baxmayaraq vətəndaşlarının sosial rifahının təmin olunması istiqamətində Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən ardıcıl tədbirlər görülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi