Lənkəranda seçki məntəqələrində seçici sıxlığı yaranıb - FOTO - VİDEO

Lənkəranda seçki məntəqələrində seçici sıxlığı yaranıb - FOTO - VİDEO Lənkəran. 11 aprel. REPORT.AZ/ Prezident seçkiləri Lənkəranda fəallıqla müşahidə olunur.
Daxili siyasət
11 Aprel , 2018 11:23
Lənkəranda seçki məntəqələrində seçici sıxlığı yaranıb - FOTO - VİDEO
Report

Lənkəran. 11 aprel. REPORT.AZ/ Prezident seçkiləri Lənkəranda fəallıqla müşahidə olunur.

"Report"un Cənub bürosu xəbər verir ki, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsini əhatə edən 28 məntəqənin hər birində eyni mənzərə var. Səhər saat 8:00-da səsvermə başlayan andan etibarən seçicilər sərbəst şəkildə məntəqələrə gələrək səsvermə hüququndan istifadə edir. Olduğumuz 1, 2, 3, 5 və 22 saylı seçki məntəqələrində hətta seçici sıxlığı yaranıb. ATƏT və MDB-dən olan müşahidəçilər də seçki prosesini izləyir. Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən "exitpol" keçirilir. 73 saylı Lənkəran şəhər Seçki Dairəsi üzrə ümumilikdə 28 məntəqə fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35 min 491 nəfərdir. Bunlardan 600 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 12 məntəqədə veb-kamera quraşdırılıb. Seçki prosesinn isə 203 nəfər müşahidəçi izləyir. Ən yaşlı seçicinin 92 yaşı var.

74 saylı Lənkəran kənd Seçki Dairəsinə 39 seçki məntəqəsi daxildir. Bu məntəqələr üzrə 34892 nəfər səs verəcək. 90 seçici isə ilk dəfə səs verəcək 9 məntəqədə pandus, 5 məntəqədə veb-kamera quraşdırılıb. 2 seçicinin isə yaşı 100-dən yuxarıdır. Seçki prosesini 347 müşahidəçi izləyir.

75 saylı Lənkəran-Masallı Seçki Dairəsi üzrə 29-u Lənkəranda, 12-i isə Masallıda olmaqla ümumilikdə 41 məntəqə fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 38679 nəfərdir. Onlardan 28523 Lənkərndan olan secicilərdi. Dairə üzrə 771 nəfər ilk dəfə səs verəcək. 6 məntəqədə pandus, 5 məntəqədə isə veb-kamera quraşdırılıb. Ən yaşlı seçici 113 yaşı var.

76 saylı Lənkəran-Astara Seçki Dairəsi üzrə 45 məntəqə fəaliyyət göstərir ki, bunların da 20-i Lənkəranda, 25-i Astaradadır. Ümumilikdə 38068 nəfər səs verəcək. Onlardan 17211 nəfəri Lənkərandan olan seçicilərdi. 2 məntəqədə pandus, 6 məntəqədə veb-kamera quraşdırılıb. İlk dəfə səs verən seçicilərin sayı isə 43 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi