Yuxarı

Lənkəranda Gənclər günü qeyd olunub - VİDEO

Rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər təltif olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Gənclər günü münasibətilə Lənkəran şəhərində bayram tədbiri keçirilib. "Report"un xəbər verir ki, şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirdə məruzə edib, məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin tələbələri Mədinə Məmmədli, Rəşad Paşayev, Elvin Əsədli çıxış ediblər.

Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Lənkəranda gənclərin icra başçısı Taleh Qaraşovun hərtərəfli qayğısı ilə əhatə olunmasından, dövlət başçısının həyata keçirdiyi anti-böhran tədbirlərinin lənkəranlı gənclər tərəfindən birmənalı olaraq dəstəklənməsindən söhbət açılıb, müəllimlərin maaşlarının, tələbələrin təqaüdlərinn artırılması üçün Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərin məhz Prezident İlham Əliyevin bu siyasəti ardıcıl olaraq davam etdirməsinin məntiqi nəticəsi olduğunu bildirib. T.Qaraşov çıxısında 1993-cü ilin iyun ayınadək və ondan sonra baş verən hadisələri müqayisə edərək Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda siyasi sabitliyin yaranmasının misilsiz əhəmiyyətini diqqətə çatdırmaqla 20 sentyabr 1994-cü il tarixdə “Əsrin müqaviləsi”nin bağlanmasından, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhədlərin qarşısının alınmasından, 1996-cı ildən ölkədə genişmiqyaslı iqtisadi islahatların başlanması barədə danışıb.

T.Qaraşov daha sonra gənclərimizin dünyada gedən siyasi proseslərə doğru-düzgün qiymət verməsinin vacibliyini vurğulayaraq onları ictimai-siyasi sabitliyi, dinc asayişi pozmağa cəhədlərin qarşısının alınmasında fəallıq göstərməyə, vətənpərvər olmağa, milli-mənəvi ruhda böyüməyə, ana dilini mükəmməl bilməyə, çoxlu xarici dil öyrənməyə, ümumbəşəri dəyərlərə sadiq qalmağa, dini radikalizmə qarşı barışmaz mövqe tutmağa, daim ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sürətli inkişafına töhvə verməyə, Vətənə, dövlətə sədaqətli olmağa çağırıb.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupuna Lənkəran ŞİH-nin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanlardan "Report" İnformasiya Agentliyinin əməkdaşı Valeh Dadaşov da olub.

Tədbir konsert proqramı ilə davam edib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi