Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.
Daxili siyasət
21 İyul , 2020 17:48
Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi