Yuxarı

​KXCP-nin təşkilat sədri Qubad İbadoğlunun hərakatında təmsil olunmasına aydınlıq gətirib

Belə hərəkatda təmsilçilik siyasi fəaliyyətin sona çatması kimi yozula bilməz

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçilərindən biriyəm. Bu, ictimai hərəkatdır. Belə hərəkatda təmsilçilik siyasi fəaliyyətin sona çatması kimi yozula bilməz".

Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan rayon təşkilatının sədri Ədalət Yusubov deyib.

O, hazırda da KXCP-də təmsil olunduğunu qeyd edib: "Siyasi mənsubluğum əvvəlki kimidir. Bu, sona qədər davam edəcək. Düşünürəm ki, gələcəkdə KXCP rəhbərliyi ilə aramızdakı yaranan soyuqluq da aradan qalxacaq".

Ə.Yusubov deyib ki, onun Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunması Müsavat Partiyası və KXCP arasında gərginliyə səbəb ola bilməz: "Məsələyə normal düşüncə ilə yanaşarlarsa, problem yaranmaz. Buna lüzum da yoxdur".

Qeyd edək ki, Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalan başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaratdıqlarını elan ediblər. Hazırda hərəkatın Təşkilat Komitəsi formalaşdırılıb, yaxın zamanlarda təsis yığıncağının keçirilməsi planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi