Kürdəxanı sakini: "O vaxt Mehriban xanım kəndimizi gəzdi, məktəbə ehtiyac olduğunu bildi"

Kürdəxanı sakini: "O vaxt Mehriban xanım kəndimizi gəzdi, məktəbə ehtiyac olduğunu bildi" "İndiyədək mövcud olan təhsil ocağı kəndimizin əhali sayına görə balaca idi, bu səbəbdən əlavə məktəb lazım idi".
Daxili siyasət
3 May , 2022 12:50
Kürdəxanı sakini: O vaxt Mehriban xanım kəndimizi gəzdi, məktəbə ehtiyac olduğunu bildi
Ülviyyə Məmmədova

"İndiyədək mövcud olan təhsil ocağı kəndimizin əhali sayına görə balaca idi, bu səbəbdən əlavə məktəb lazım idi".

Bunu "Report"a açıqlamasında Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, məktəbəqədər və ibtidai sinif müəllimi Ülviyyə Məmmədova bildirib.

O, məktəbin tikilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib:

"O vaxt Mehriban xanım kəndimizi gəzdi və məktəbə ehtiyac olduğunu bildi. Elə onun təşəbbüsü ilə ərazidə ikinci məktəb binası tikildi. Bu, həm kənd əhalisi üçün, həm də müəllimlər üçün yaxşı hadisədir. Biz də müəllim kimi kəndimizin sakinlərinin, uşaqlarının yaxşı təhsil alması üçün dəstək göstərməyə hazırıq. Özüm də müəllimlərin işə qəbul imtahanında iştirak edəcəyəm, vakant yerlə təmin olunsam, 304 nömrəli tam orta məktəbdə ixtisasım üzrə işləmək istəyərəm".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində inşa edilib.Təhsil ocağı 960 şagird yerlikdir.

Son xəbərlər

Orphus sistemi