Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq Kürdəmir şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
Daxili siyasət
31 Mart , 2023 14:44
Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq Kürdəmir şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, konfransda Kürdəmir, Ucar və Zərdab rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra hakimiyyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Kürdəmir Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Daha sonra konfrans iştirakçıları Kürdəmir rayon Heydər Əliyev mərkəzində olub, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara ulu öndərin həyat yolu barədə maraqlı faktlar təqdim olunub.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Kürdəmir rayon prokuroru Tural İbrahimov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Elxan İbrahimov, Kürdəmir rayon məhkəməsinin sədri Müseyib Bayramov, Zərdab rayon prokuroru Zaur Əliyev, Ucar rayon prokurorunun böyük köməkçisi Seymur Əsgərov və Kürdəmir rayon prokurorluğunun müstəntiqi Mehran Mustafayevin ulu öndərin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Kürdəmir rayonuna diqqət və qayğısı barədə çıxışları dinlənilib.

Konfransın yekununda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi