Kürdəmirdə "ASAN xidmət"in tikintisinin başa çatdırılmasına 20 milyon manat ayrılıb

Kürdəmirdə "ASAN xidmət"in tikintisinin başa çatdırılmasına 20 milyon manat ayrılıb Prezident İlham Əliyev Kürdəmir rayonunda ASAN xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
107
20 May , 2019 17:00
Kürdəmirdə ASAN xidmətin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayrılıb

Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi