Kürdəmirdə Aprel döyüşləri şəhidi Əbubəkir İsmayılovun xatirəsi anılıb

Kürdəmirdə Aprel döyüşləri şəhidi Əbubəkir İsmayılovun xatirəsi anılıb Kürdəmirdə aprel şəhidi Əbubəkir İsmayılov anılıb.
Daxili siyasət
2 Aprel , 2023 15:26
Kürdəmirdə Aprel döyüşləri şəhidi Əbubəkir İsmayılovun xatirəsi anılıb

Kürdəmirdə Aprel döyüşləri şəhidi, pilot, baş leytenant Əbubəkir İsmayılovun xatirəsi anılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkir İsmayılovun bir vaxtlar böyüyüb boya-başa çatdığı evinin qarşısındakı barelyefi ziyarət olunub.

Anım mərasimində şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Çıxış edənlər Aprel döyüşlərində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Bildirilib ki, 3 dost - 3 pilot Əbubəkir İsmayılov, Ürfan Vəlizadə və Təbriz Musazadə Mİ-24 helikopteri ilə düşmənlə qarşı sona kimi qəhrəmancasına mübarizə apararaq şəhidlik zirvəsinə ucalıblar.

Əbubəkir İsmayılov 1990-cı ildə Kürdəmir şəhərində anadan olub. 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Lələtəpə yüksəkliyinin alınmasında iştirak edib. Döyüşlər zamanı Mİ-24 helikopteri düşmən tərəfindən vurulub və heyət üzvləri qəhrəmancasına şəhid olub.

Ə.İsmayılov və döyüş yoldaşları Bakıda, 2-ci Fəxri xiyabanda dəfn edilib. O, göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif olunub.

Son xəbərlər

Orphus sistemi