Yuxarı

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub - FOTO

O, öz ərizəsi ilə vəzifəsindən çıxıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

"Report"un məlumatına görə, V.Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov parlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi