Korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi məhsullardan başqa məhsullar satanlar cərimələnəcək

Korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi məhsullardan başqa məhsullar satanlar cərimələnəcək Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib
Daxili siyasət
30 Dekabr , 2016 13:06
Korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi məhsullardan başqa məhsullar satanlar cərimələnəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa məhsullar satanlar cəzalandırılacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi