Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini təmin edib

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini təmin edib Qərara əsasən L.Fərzəliyevanın G.İsmayılzadəyə qarşı məcburi miras payın müəyyən edilməsi tələbinə dair mülki iş qüvvədən düşmüş hesab edilib
Daxili siyasət
24 Dekabr , 2016 18:17
Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini təmin edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, iclasda G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 15 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, L.Fərzəliyevanın cavabdeh G.İsmayılzadəyə qarşı məcburi miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 15 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Orphus sistemi