Komitə sədri: Azərbaycanda insan alveri ilə mübarizə sahəsində vəziyyət yaxşıdır

Daxili siyasət
  • 13 may, 2025
  • 10:14
Komitə sədri: Azərbaycanda insan alveri ilə mübarizə sahəsində vəziyyət yaxşıdır

Azərbaycan son onilliklərdə insan hüquq və azadlıqlarının qorunduğu ən sabit ölkələrdən birinə çevrilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının parlamentdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, insan alveri ilə mübarizə sahəsində aparılan təhlillər göstərir ki, Azərbaycanda bu sahədə durum yaxşı vəziyyətdədir:

“Hesabat dövründə 616 azyaşlının dilənçiliyə cəlb edilməsi faktı aşkarlanıb və valideynlərinə müvafiq sanksiyalar tətbiq edilib, tədbirlər görülüb. Hesabatda qeyd edilib ki, 2005-2024-cü illərdə insan alverinin qurbanlarının 85 faizi qadındır. Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün yeni Milli Fəaliyyət Planı” rəy alınması üçün müvafiq qurumlara göndərilib”.