Kollegiyanın sədri: “Qadın vəkillərin sayının artırılması ilə bağlı məsələlər öz həllini tapmaqdadır”

Daxili siyasət
  • 18 dekabr, 2023
  • 13:12
Kollegiyanın sədri: “Qadın vəkillərin sayının artırılması ilə bağlı məsələlər öz həllini tapmaqdadır”

Hazırda xanım vəkillər ölkədə ümumi vəkillərin 17%-ni təşkil edir.

Bunu “Report”a müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə xanım vəkillərin sayı ümumi vəkillərin sayında 14 faiz təşkil edirdi.

Konkret rəqəmləri açıqlayan Kollegiya sədri bildirib ki, qurumda hazırda 2387 vəkil fəaliyyət göstərir və onlardan 415 nəfəri qadındır.

“Bizim vəkil köməkçilərinin əksəriyyəti məhz xanım hüquqşünaslardır. Onlar da gələcəyin vəkilləridir. Sonuncu imtahanlarda artıq namizədlərin çoxu xanımlar idi. Kişilər azlıq təşkil edirdi. İlk dəfə olaraq belə bir hal baş verdi: - 26 kişi və 27 xanım. Bu, onu deməyə imkan verir ki, bu məsələlər öz həllini tapmaqdadır və bu kortəbii baş vermir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Kollegiyanın Qadın Vəkillər Alyansı yaradıldı. Həmin Alyansa 40 ilə yaxın peşə təcrübəsi olan Dilarə Əfrasiyabova rəhbərlik edir. Eyni zamanda qeyd edim ki, bütün universitetlərin hüquq fakültələri ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ümid edirəm ki, balans yaranacaq və xanımlar, təbii ki, bizim üçün gələcəkdə vəkillərin sayının artırılmasında önəmli rol oynayacaq”, - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti