Kollegiya sədri: "Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər dedi-qodudan başqa bir şey deyil"

Kollegiya sədri: "Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər dedi-qodudan başqa bir şey deyil" Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Bunlar dedi-qodudan başqa bir şey deyil.
Daxili siyasət
12 Dekabr , 2018 12:35
Kollegiya sədri: Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər dedi-qodudan başqa bir şey deyil
Anar Bağırov

Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Bunlar dedi-qodudan başqa bir şey deyil".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur: "Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər. Eyni zamanda vəkilin fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son qərarı məhkəmə verir".

A.Bağırov əlavə edib ki, Vəkillər Kollegiyası bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib: "Onlardan 3 nəfərlə bağlı qəbul olunan qərar üzvlük haqqının ödəməmələri ilə əlaqədardır. Altı aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. Bir nəfər də kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə belə bir qərar qəbul olunub".

Son xəbərlər

Orphus sistemi