Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran və Kiprin Larnaka şəhərində təyyarəni yerə endirən şəxs həbs edilib.
"Report" xəbər verir ki, bu barədə Kiprin Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Hər şey bitdi. Təyyarəni qaçıran həbs edilib", - deyə XİN-dən bildiriblər.
KİV-in məlumatına görə, təyyarəni qaçıran Seyf əd-Din Mustafa avialaynerin pəncərəsindən qaçmağa çalışarkən polis tərəfindən saxlanılıb.