Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Daxili siyasət
  • 12 mart, 2024
  • 12:03
Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Ağdam rayonunda vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, 15 mart 2024-cü il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.