Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişdi - FƏRMAN

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişdi - FƏRMAN Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Daxili siyasət
414
27 Fevral , 2020 14:39
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişdi - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Son xəbərlər

Orphus sistemi