Yuxarı

Kəmaləddin Heydərov: “Ölkədə aparılan tikintinin miqyası göz qabağındadır”

Fövqəladə hallar naziri Bakıda sahibkarlarla görüşür

Bakı. 16 fevral. REPORT.AZ/ “Son 10-12 il ərzində Azərbaycanda tikinti sektoru inkişaf edib. Ölkədə aparılan tikintinin miqyası göz qabağındadır. Bunu hər kəs görür. Fəxr etmələyik ki, Azərbaycan, xüsusilə Bakı xaricilərin diqqətini cəlb edir”.

“Report”un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda sahibkarlarla görüşündə deyib.

O bildirib ki, dövlət investisiyaları və xarici investorlar sayəsində xeyli tikinti işləri görülüb: “Əvvəllər tikintiyə başlamaq üçün prosedur 245 gün və bəzən də daha çox olub. Aparılan məqsədyönlü siyasətində işçi bir rejim yaradılıb. Yeni mexanizmlər tətbiq edilir. Prezidentin tapşırığına əsasən, bəzi lisenziyaların verilməsi sadələşdirilib. Bu da əlavə vaxt itkisinə yol verməyəcək. Amma lisenziyaların sadələşdirilməsi o demək deyil ki, kim nə istəyirsə, edə bilər. Təbii ki, tikinti işləri yeni Şəhərsalma və Tikinti Məcəlləsinə uyğunlaşdırılmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi