Yuxarı

​Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti ilə görüşüb

Rene van der Linden: Qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir

Bakı. 19 may. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Niderlandın uyğun qurumları ilə əməkdaşlıqdan bəhs edən K.Heydərov bildirib ki, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində sıx əməkdaşlıq mövcuddur.

Rene van der Linden bildirib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir.

Görüşdə Niderland Krallığının Limburq əyalətinin iqtisadiyyat və bilik infrastrukturu naziri Tvan Beurskens uyğun sahələr üzrə əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi