Yuxarı

Kəmaləddin Heydərov ABŞ-ın ölkəyə yeni təyin olunan səfirini qəbul edib

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan səfiri Robert Sekutanı qəbul edib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. 

Nazir Kəmaləddin Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin ötən illər ərzində Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələr arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi