Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq
Daxili siyasət
- 31 yanvar, 2022
- 14:31
Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.
"Report"un Qərb bürosunun məlumatına görə, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.
Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.
Son xəbərlər
09:41
Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır
Biznes09:40
Video
Baku TV 8 yaşını qeyd edir
Media09:39
BMTM sədri: Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır
Region09:36
Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır
Futbol09:27
Video
FHN-in mobil tətbiqi istifadəyə verilib
Daxili siyasət09:23
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq
Futbol09:13
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura iki oyunla yekun vurulacaq
Komanda09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.02.2026)
Maliyyə09:05
Foto