Keçən il 352 100 nəzarət markası hazırlanıb

Keçən il 352 100 nəzarət markası hazırlanıb Əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı məsələlər 2021-ci ildə Agentliyin fəaliyyətində əsas istiqamətlərdən olub.
Daxili siyasət
1 Mart , 2022 13:17
Keçən il 352 100 nəzarət markası hazırlanıb

Əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı məsələlər ötən il Əqli Mülkiyyət Agentliyinin fəaliyyətində əsas istiqamətlərdən biri olub.

"Report" xəbər verir ki, bu, agentliyin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində digər dövlət qurumları ilə əlaqəli tədbirlər davam etdirilib, piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarına nəzarət markalarının verilməsi təmin edilib.

Hesabat ilində müxtəlif təşkilatların müraciətləri əsasında mülki dövriyyədə istifadə olunan çap məhsullarına yapışdırmaq üçün 352 100 (üç yüz əlli iki min yüz) ədəd nəzarət markası hazırlanaraq təhvil verilib.

Son xəbərlər

Orphus sistemi