Prokurorluq orqanları tərəfindən 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib, 44,5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışında deyib.
Baş prokuror bildirib ki, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.