Bakı. 6 mart.
“Report”un xəbərinə görə, bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.
MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “Mərkəzi Seçki Komissiyası imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.