İşğaldan azad edildikdən sonra Kəlbəcərdə istismara verilən ilk enerji istehsalı obyekti - “Kəlbəcər-1” Kiçik SES

İşğaldan azad edildikdən sonra Kəlbəcərdə istismara verilən ilk enerji istehsalı obyekti - “Kəlbəcər-1” Kiçik SES İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri çərçivəsində Kəlbəcər rayonunda yeni 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) tikilib.
Daxili siyasət
28 İyun , 2022 09:52
İşğaldan azad edildikdən sonra Kəlbəcərdə istismara verilən ilk enerji istehsalı obyekti - “Kəlbəcər-1” Kiçik SES

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri çərçivəsində Kəlbəcər rayonunda yeni 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) tikilib.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı iyunun 28-də Kəlbəcər rayonuna səfər edib, orada yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” KSES-in fəaliyyəti ilə yaxından tanış olub.

“Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Mircəlal Hüseynov “Report”a açıqlamasında bildirib ki, bu stansiya işğal zamanında erməni cəlladları tərəfindən dağıdılmışdı:

“Onlar tərəfindən bütün hidrotexniki qurğular tamamilə dağıdılmışdı, elektrikli qurğular yandırılmışdı və maşın zalı da yandırılaraq bərbad vəziyyətə salınmışdı. 2021-ci ildə “Azərenerji” ASC tərəfindən “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasına başlanılmışdı. Cənab Prezidentin iştirakı ilə isə iyunun 26-da “Kəlbəcər-1” KSES-in açılışı baş tutub”.

M.Hüseynov onu da qeyd edib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir:

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib. “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub.

Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

Xatırladaq ki, bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələri işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdədir.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi