İtaliyanın SWG S.P.A tədqiqat şirkəti saat 15:00-a qədər 900-ə yaxın seçki məntəqəsində "exit-poll" sorğusu keçirib.
"Report" xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Rado Fonda bildirib.
O xatırladıb ki, SWG S.P.A Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll" üçün qeydiyyatdan keçmiş üç beynəlxalq təşkilatdan biridir: "Məlumatların toplanması yaxşı templə gedir, kifayət qədər çox sayda respondentimiz var".
Fonda bildirilib ki, saat 13:00-da ilk məlumat daxil olub və hazırda ikinci daxil olmanın öyrənilməsinə və təhlilinə başlayıblar.
Təşkilatın nümayəndəsi Solen Le Mua da öz növbəsində qeyd edib ki, indiyə qədər ümumilikdə 10 minə yaxın insanla rəy sorğusu aparılıb: “Bu gün bizə 10 minə yaxın anket daxil olub ki, bu da vətəndaşların fəal iştirakını göstərir. Seçicilərlə ünsiyyətdə heç bir problem yaşamadıq, bütövlükdə prosesi çox müsbət qiymətləndirmək olar”.