​Rafiq Daşdəmirlinin AXCP-dəki vəzifəsindən istefa verməsinin səbəbi məlum olub

​Rafiq Daşdəmirlinin AXCP-dəki vəzifəsindən istefa verməsinin səbəbi məlum olub O, Həsən Kərimovla Gözəl Bayramlının qurultayöncəsi güclənərək partiyadaxili vəziyyəti ələ almalarına qarşı çıxıb
Daxili siyasət
18 İyul , 2015 15:26
​Rafiq Daşdəmirlinin AXCP-dəki vəzifəsindən istefa verməsinin səbəbi məlum olub

Bakı. 18 iyul. REPORT.AZ/ Rafiq Daşdəmirlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin müdiri vəzifəsindən istefa verməsinin səbəbi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, R.Daşdəmirlinin istefasına səbəb AXCP sədrinin müavini Gözəl Bayramlı və partiyanın Ali məclisinin sədri Həsən Kərimova qarşı kampaniya aparması olub.

Belə ki, o, Həsən Kərimovla Gözəl Bayramlının qurultayöncəsi güclənərək partiyadaxili vəziyyəti ələ almalarına qarşı çıxıb.

Məlumata görə, R.Daşdəmirli mətbuata H.Kərimovla bağlı bir neçə dəfə məlumat ötürüb. Partiya rəhbərliyi bu işdən xəbər tutduqdan sonra Təşkilat şöbəsinin müdirini istefaya göndərib.

Təşkilat Şöbəsinin müdiri vəzifəsinə AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanov təyin edilib.

Qeyd edək ki, AXCP payızda qurultay keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi