İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”

İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var” “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”.
Xarici siyasət
15 Mart , 2023 12:32
İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”

“Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”.

“Report”un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır: "Bizi nə bölürsə, o bizi birləşdirə bilər. Bunun üçün də əməli işlər görülməlidir. İƏT islamofobiyanın artmasından narahatdır. Avropada müsəlmanların terrorçu və istənilməyən miqrantlar olduğunu fikirləşirlər. Ancaq bu belə deyil. Müsəlmanların əksəriyyəti öz ölkələrinə böyük töhfə verir və onlara qarşı mübarizə konkret tədbirlər planı üzrə aparılmalıdır”.

Son xəbərlər

Orphus sistemi