İraqlı deputat: "Seçkilər şəffaf keçirilib"

İraqlı deputat: "Seçkilər şəffaf keçirilib" Seçkilərdə çox ciddi müşahidə apardıq və şəffaf şəkildə həyata keçirildiyini şahidi olduq.
Daxili siyasət
8 Fevral , 2024 13:38
İraqlı deputat: Seçkilər şəffaf keçirilib

Seçkilərdə çox ciddi müşahidə apardıq və şəffaf şəkildə həyata keçirildiyini şahidi olduq.

"Report" xəbər verir ki, bunu İraq parlamentinin nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, 7 seçki məntəqəsində müşahidə aparıblar: "Seçicilər rahat şəkildə səsvermə prosesində iştirak edirdilər. Seçki prosesi beynəlxalq standartlara uyğun təşkil olunmuşdu və inkişaf etmiş ölkələrdən heç də seçilmirdi".

Deputat bildirib ki, Azərbaycanla İraq arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi