"İran hədələr və hərbi təlimlərlə Azərbaycanı qorxuda bilmədi"

"İran hədələr və hərbi təlimlərlə Azərbaycanı qorxuda bilmədi" "Son zamanlar İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər onu göstərir ki, Azərbaycan haqlı tərəfdir. Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan edib və öz mövqeyində qəti
Daxili siyasət
21 Oktyabr , 2021 18:53
İran hədələr və hərbi təlimlərlə Azərbaycanı qorxuda bilmədi

"Son zamanlar İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər onu göstərir ki, Azərbaycan haqlı tərəfdir. Heç bir ölkənin Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verilməyəcək. Bu mövqe dəfələrlə ən yüksək səviyyədə bəyan olunub. Azərbaycan öz mövqeyində qəti olduğunu bir daha açıq şəkildə nümayiş etdirib".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq İranın iş adamlarının qeyri-qanuni yollarla Azərbaycan ərazisindən Ermənistana naməlum yüklərin daşınmasına son qoymağı tələb edib: "Azərbaycan dostluq münasibətlərini qorumaq naminə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərib, ancaq İran tərəfi bu mesajlara məhəl qoymadıqda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən nota təqdim olunub. Təəssüf ki, İran tərəfindən növbəti dəfə bu xəbərdarlıqlara məhəl qoyulmadı və nəticədə Azərbaycan bu ərazilərdə postlar qurdu".

Cavid Osmanov
Cavid Osmanov

Deputat bildirib ki, İran bu hadisələrdən sonra davamlı olaraq Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başlayıb: "Hətta sərhəd bölgələrində davamlı təlimlərin keçirilməsi Azərbaycanı öz yolundan döndərmədi. Prezidentin siyasəti bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz. İranın aidiyyəti orqanlarının həmkarlar ittifaqlarına, şirkətlərə müvafiq tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi Azərbaycanın haqlı tələblərinin icra olunduğunu bir daha nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycanla heç kim diqtə və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz. Nə İrandan gələn hədələr, nə də keçirilmiş hərbi təlimlər Azərbaycanı qorxutmayıb. Ölkəmiz bütün müstəvilərdə hər bir təzyiq cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nümayiş etdirib".

C.Osmanov söyləyib ki, cərəyan edən proseslər Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, xalqın milli maraqlarını qurban verməyə hazır olan şəxslərin olduğunu göstərdi: "Hesab edirəm ki, öz xalqına və vətəninə qarşı çıxış edən bu şəxslər davamlı ifşa olunmalı, onlar barəsində tədbirlər görülməlidir. Onu da qeyd edim ki, İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik həm də Ermənistana böyük zərbə vurub. Ermənistan çalışırdı ki, üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etsin, ancaq bu imkanlardan da məhrum oldular. Bununla da Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı. Bütün bunlar bir daha sübut edir ki, Prezidentin siyasəti növbəti dəfə öz məntiqi nəticəsini göstərib".

Son xəbərlər

Orphus sistemi