İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Daxili siyasət
22 İyul , 2022 12:21
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib
İlham Əliyev

Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, qurumun Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 10-a çatdırılıb.

Prezident həmçinin “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli sərəncamında dəyişiklik edib.

İ.Əliyevin bununla bağlı imzaladığı yeni sərəncamla Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Müşahidə Şurasının sədri

Baş nazir

Müşahidə Şurasının üzvləri

Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Birinci vitse-prezidentin köməkçisi

Birinci vitse-prezidentin köməkçisi

iqtisadiyyat naziri

maliyyə naziri

əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Mərkəzi Bankının sədri

Dövlət Neft Fondunun İcraçı direktoru.

Son xəbərlər

Orphus sistemi