İqtidar-müxalifət dialoqu davam edir

İqtidar-müxalifət dialoqu davam edir İyun ayının 8-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu arasında görüş
Daxili siyasət
910
10 İyul , 2020 18:23
İqtidar-müxalifət dialoqu davam edir

İyun ayının 8-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüş zamanı dünyanı bürüyən COVID-19 pandemiyası və hökumətin pandemiya ilə mübarizədə gördüyü işlər, siyasi partiyaların fəaliyyəti barədə qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin olduğu, pandemiya şəraitində siyasi partiyaların videokonfrans vasitəsilə Qurultayının keçirilməsi və iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparıllb.

İlk növbədə görüşün gedişində Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər müzakirə olunmuş və yekdil rəy kimi, bu tədbirlərin səmərəliliyi yüksək qiymətləndirilib. Xüsusi olaraq qeyd olunmuşdur ki, məhz bu qabaqlayıcı tədbirlərin sayəsində bu gün ölkəmizdə COVID-19 pandemiyası qurbanlarının sayı minimal səviyyədədir. Ə.Vəliyev ölkədəxəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, istifadəyə verildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin davam etdirildiyi, eləcə də vergiödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğubarədə qeyd edib.

Bununla belə tərəflər belə bir ümumi fikri də qeyd etmişlər ki, pandemiya ilə mübarizə tədbirlərinin daha effektiv olması və yoluxma dinamikasında müsbət tendensiyanın əldə olunması üçün vətəndaşlarımızın, bütün ölkə əhalisinin daha məsuliyyətli davranması tələb olunur. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da insanlarımızın bu xüsusda daha da maarifləndirilməsi, vətəndaş məsuliyyəti amilinin gücləndirilməsiyönümündə öz imkanlarından istifadə etməlidirlər.

Həmçinin görüşdə müzakirə olunan məsələlərdən biri də siyasi partiyaların fəaliyyəti barədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusunda olub.  Mirmahmud Mirəlioğlu bu barədə öz fikrini bildirərək qeyd etmişdir ki, hazırda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ciddi zərurət duyulur. Öz növbəsində Ədalət Vəliyev məsələyə münasibət bildirərək qeyd etmişdir ki, yeni yaradılmış Milli Məclisdə müxalifət partiyalarının da təmsil olunması məhz siyasi partiyaların fəaliyyətinə dair yeni qanunvericilik aktlarının daha effektiv olacağına ümid etməyə ciddi əsaslar verir. Həmçinin Siyasi partiyalar və qaninvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri qeyd etmişdir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar ölkədə digər siyasi partiyalar arasında geniş konstruktiv müzakirələrin aparılması prosesində xüsusi aktivlik nümayiş etdirməlidirlər.

Pandemiya dövründə yaşanan müəyyən məhdudiyyətlər və onların dəf olunması üçün nəzərdə tutulan çıxış yolları da görüşün müzakirə mövzularından biri olmuşdur. Xüsusilə pandemiya şəraitində siyasi partiyaların videokonfrans formatında qurultaylarının keçirilməsi imkanları müzakirə edilmiş və qeyd olunmuşdur ki, Azərbaycanda mövcud olan müasir texnologiyalar bu formatda toplantıların problemsiz keçirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Ədalət Vəliyev və Mirmahmud Mirəlioğlu arasında iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılmışdır. Bu barədə ətraflı danışan Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini vurğulayaraq qeyd etmişdir. O, bildirmişdir ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulmuşdur. Ədalət Vəliyev qeyd etmişdir ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirərək Azərbaycanın inkişafı, insanlarımızın rifahının daha da yüksəlişi naminə ölkədə bütün siyasi qüvvələrin həmrəylik və birlik nümayiş etdirəcəkləri halda, iqtidar-müxalifət dialoqunun, effektiv əməkdaşlığın yalnız müsbət nəticələr verə biləcəyinə əmin olduğunu vurğulamışdır.

Həmçinin bir neçə gün bundan əvvəl qeyd olunan mövzularla əlaqədar olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi barədə danışılıb. Bu cür toplantıların daha geniş formatda keçirilməsininönəmli olduğu qeyd edilib.

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşü yekunlaşdıraraq bir daha vurğulamışdır ki, bu gün Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin atdığı bütün humanist addımlar yalnız Vətənimizin, xalqımızın və dövlətimizin inkişafı naminədir.

Son xəbərlər

Orphus sistemi