İordaniyalı deputat: "Seçkilər demokratik şəraitdə və şəffaf keçirilib"

İordaniyalı deputat: "Seçkilər demokratik şəraitdə və şəffaf keçirilib" "Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə və şəffaf keçirilib".
Daxili siyasət
8 Fevral , 2024 13:08
İordaniyalı deputat: Seçkilər demokratik şəraitdə və şəffaf keçirilib

"Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə və şəffaf keçirilib".

"Report" xəbər verir ki, bunu İordaniya Nümayəndələr Palatası sədrinin müavini, bu ölkəni təmsil edən müşahidə missiyasının rəhbəri Abdelrahim Faleh Obeidallah Al-Maya növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bir sıra seçki məntəqələrində müşahidə aparıblar:

"Ümumilikdə, nümayəndələrimiz 14 seçki məntəqəsində olublar. Seçkilərin çox şəffaf təşkil edildiyini gördüm. Seçkilər xalqın azad iradəsi ilə keçirilirdi. Biz İordaniya parlamentinin üzvləri olaraq, seçkinin demokratiya şəraitində aparıldığını təsdiq edirik. İordaniya rəhbərliyi rəsmiləri adından Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi