İndiyədək icaze.e-gov.az portalında 1192 şadlıq sarayı, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib

Daxili siyasət
  • 16 mart, 2022
  • 08:24
İndiyədək icaze.e-gov.az portalında 1192 şadlıq sarayı, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib

icaze.e-gov.az portalı vasitəsilə qeydiyyatdan keçirilən tədbirlərin sayı açıqlanıb.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

Ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

44 filmi