İnam Kərimov hakim kimi and içib
Daxili siyasət
- 05 aprel, 2023
- 16:50
Bu gün Ali Məhkəmənin Plenumunun iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.
O, Plenum iclasında “Məhkəmələr və hakimlər” haqqında qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.
Qeyd edək ki, İ.Kərimov Prezidentin aprelin 4-də imzaladığı sərəncamla Ali Məhkəmənin sədri təyin edilib. Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.
Son xəbərlər
01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21
Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
Xarici siyasət01:08
Tramp: Ərdoğan möhtəşəm insandır
Digər ölkələr00:40
Azərbaycan-Sinqapur əməkdaşlığının genişləndirilməsi nəzərdən keçirilib
Xarici siyasət00:29
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
Xarici siyasət00:17
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
Energetika23:57
Foto