Arif Hacılı Qubad İbadoğlunu yenidən tənqid edib

Arif Hacılı Qubad İbadoğlunu yenidən tənqid edib "Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti dəfə cəhd edəcək"
Daxili siyasət
30 Yanvar , 2015 17:28
Arif Hacılı Qubad İbadoğlunu yenidən tənqid edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı sabiq rəqibi Qubad İbadoğlunu yenidən tənqid edib.

“Report”un xəbərinə görə, o, fikirlərini özünün "facebook" səhifəsində yazıb. 

“Sabah - Məhəmməd Əmin Rəsulzadənin doğum günündə Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti dəfə cəhd edəcək”, - A.Hacılı qeyd edib.

Xatırladaq ki, A.Hacılı Q.İbadoğlunu bir neçə gün əvvəl də tənqid edib: “Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi