"İlham Əliyevin bölgələrə səfəri balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır" - RƏY

"İlham Əliyevin bölgələrə səfəri balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır" - RƏY Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biridir.
Daxili siyasət
24 İyul , 2021 12:19
İlham Əliyevin bölgələrə səfəri balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır - RƏY

“Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biridir. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqəti var. Dövlət başçısının mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur: “İl ərzində regionlarda 26 milyard manata yaxın məhsul istehsal olunur. Bu da praktiki olaraq ölkə üzrə istehsal edilən məhsulların 27 faizə yaxınının regionların payına düşməsindən xəbər verir. Statistikaya diqqət yetirsək görərik ki, regionların ÜDM-dəki payından artımlar qeydə alınır”.

İqtisadçı ekspert bildirib ki, mərhələli şəkildə iqtisadiyyatın balanslı şəkildə inkişafı və regionlarla paytaxt arasındakı fərqin minimumlaşması müşahidə olunur: “Bu baxımdan regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları da rayonlarda infrastrukturun formalaşmasına ciddi təkan vermiş oldu. Artıq regionların inkişafı ilə bağlı yeni mərhələyə qədəm qoyulub. Bu, əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsi mərhələsidir. Təbii ki, bu da yeni iş yerlərinin yaradılması, eləcə də tək yerli yox, həm də xarici sərmayələrin cəlb edilməsi imkanları deməkdir. Ona görə də regionların sosial və iqtisadi inkişafla bağlı həyata keçirilən layihələr rayonlarımızda infrastrukturun daha da təkmilləşməsinə təkan verir”.

Son xəbərlər

Orphus sistemi