"İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir" - RƏY

"İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir" - RƏY “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Prezident İlham Əliyev bu müsahibəsi ilə qalib Azərbaycanın prinsipial mövqeyini növbət
Daxili siyasət
16 Avqust , 2021 14:14
İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir - RƏY
İlham Əliyev

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Prezident İlham Əliyev bu müsahibəsi ilə qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir: “Hələ illər öncə Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın yağı düşmən tapdağı altında qalmasına son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə isə Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzusunu yerinə yetirmiş oldu".

C.Osmanov qeyd edib ki, bu gün Azərbaycan üçün yeni dövr başlayıb: “Azərbaycan tarixi qələbəsilə özünün çağdaş tarixində yeni səhifə açıb. Bu torpaqlarda ermənilər tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır. Qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Lakin vətəndaşlarımızın ən qısa müddətdə qayıtmalarını təmin etmək üçün sistemli işlər həyata keçirilir. Birinci pilot layihə artıq gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, gələn ilin əvvəlinə hazır olacaq”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sözügedən müsahibəsində diqqətçəkən mühüm məqamlardan biri Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edilməsidir: “Azərbaycan Prezidenti 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bütün tələblərinin yerinə yetirilməsinin mütləq olduğunu bir daha hər kəsin diqqətinə çatdırdı. Təbii ki, “Dəmir yumruq” öz yerindədir, Azərbaycan dövləti Ermənistanın istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətinin qarşısını almaq gücündədir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. Vətən müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

“Müsahibə zamanı Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev birliyimizi, birgəliyimizi, qardaşlığımızı, ayrılmazlığımızı, həmrəyliyimizi növbəti dəfə ortaya qoydu. Dövlət başçımız bildirdi ki, son 18 il ərzində həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin əbədi olduğuna diqqət çəkdi. Diqqətə çatdırdı ki, Türkiyə-Azərbaycan birliyi artıq regional amildir, bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək. Çünki indi başqa ölkələrlə də müttəfiqlik əlaqələri formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Ona görə aramıza girməyə, təxribatlar törətməyə çalışacaqlar. Bu gün Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır və dünya dövlətləri üçün nümunədir. Əminliklə deyə bilərik ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək”, - C.Osmanov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi