Sahibə Qafarova İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoç, təşkilatın Baş katibinin nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüblər
Daxili siyasət
164
15 Sentyabr , 2021 14:21
Sahibə Qafarova İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb
Sahibə Qafarova

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoç, təşkilatın Baş katibinin nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüblər

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da iştirak edib. Nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub.

Görüşdə Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətlərinin tarixi faktlara dayandığı qeyd olunub, üç ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın çox yüksək səviyyədə olduğu bildirib.

Bundan əlavə görüşdə nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə fakt-araşdırıcı missiya və mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi